Alimi-biəməl vaqiəsi
Bir nəfər mərd getdi təhsilə –Ki, yetirsin ülumi təkmilə.Neçə illər ki, qaldı qürbətdə,Oldu övqatı sərf işrətdə.Nə kitabü nə dərsü nə təkrar,Eyşü işrətdə qaldı leylü nəhar.Elmdən bir şey etməyib hasil,Vətənə gəldi alimi-cahil.O zaman kim, vətəndə qaim idi,Binəva bundan artıq alim idi.Gəlibən xəlq, bədi-həmdü sənaEtdilər iltimas, key mövla,Neçə illərdü ey imami-kəbir,Yoluva göz dikib səğiru kəbir,Cəm olubdur bu dəm vəziü şərif,Məscidi-cameə gətir təşrif.Bizə üç gün gərəkdü vəz edəsən,Rəsmü adabi-şəri öyrədəsən.Məhşər əhvalını bəyanə gətir,Qəlblər kim, ölübdü – canə gətir.Gördü kim, izdiham edibdir əvam,Edibən məscidə o dəmdə xuram,Duruban başə qoydu əmmamə,Geydi nəleynini o əllamə.Gəldi məsçiddə oldu pişnəmaz,Etdi bəd əznəmaz razü niyaz.Ərseyi-minbər üstə tutdu qərar,Edər avaz, key ülül-əbsar!Siz bilirsiz əya güruhi-fəqir?Dedilər: – Bilmirik, elə təqrir.Bilməyənçün, dedi, edim nə bəyan?Edibən qəhr, düşdü oldu rəvan.Yenə fərda edər o qövmə xitab –Ki, bilirsiz, əya güruhi-dəvab?Dedilər kim, bəli, əya mövla,Bilirik, ey imami-ərzü səma!Dedi kim, bəs bilirsiz, ey bipir,Dəxi bica nə eyləyim təqrir?Yenə düşdü aşağə minbərdən,Getdi ol naibi-imami-zəmən.Yenə fərda edər o qövmə xitab –Ki, bilirsiz əya güruhi-lübab?Dedilər:–Nisfimiz bilir, əmmaNisfimiz bilmir, ey imami-hüda.Dedi kim, ol bilən güruhi-əlimEyləsin bilməyənlərə təlim.Dedilər mərhəba bu göftarə!Budu söz, dərdə eylədin çarə.Elmi bir kəlmədə təmam elədin.Çareyi-dərdi-xasü am elədin.Sən təki olsa alimü fazilBizi hər mətləbə edər vasil.Həq-təala verib kəmal sənə,Aldığın pul ola həlal sənə!
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-alimi-biemel-vaqiesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
O qəragöz ki, mənim eşqdə sultanımdır,Xaki-payı gözümə köhli-Sifahanımdır.
Ey gül, nə rəvadır səni meyxarə desinlərEy gül, nə rəvadır səni meyxarə desinlər,Bədnam desinlər səni, avarə desinlər.
Dəhrin mənə sənsiz bu baharı nə gərəkdir?Dəhrin mənə sənsiz bu baharı nə gərəkdir?Gülzari-çəmən sövti-həzarı nə gərəkdir?
Fərhad mənəm kim, belə şirinsüxənim varFərhad mənəm kim, belə şirinsüxənim var,Bir arizi gülgun, ləbi şəkkər-şikənim var.
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
کند پرنیان بر تنش لخت لخت
Ey dil, vəfası yoxdu dilara gözəllərinEy dil, vəfası yoxdu dilara gözəllərin,Cövrü cəfası çoxdu bu rəna gözəllərin.
AğlamazmıEy məni qınayan, ağlama, deyib,Ağlar yarı gedən bəs ağlamazmı?
Üç yaşına çatıramTale küsüb, qismət qaçıb, bəxt yatıb,Kövrəlmişəm, üç yaşına çatıram.