Fərhad mənəm kim, belə şirinsüxənim var
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Fərhad mənəm kim, belə şirinsüxənim var,Bir arizi gülgun, ləbi şəkkər-şikənim var.
Yox məmləkəti-Reydə şəhi-Nasiridinin,Bu gövhəri-nayab ki, Şirvanda mənim var.
Bəhreynə dönüb yar qəmindən iki çeşmim,Qanlı sədəf içrə necə dürri-Ədənim var.
Ol zülfi-siyah oldu mənim Darsəlamım,Şam içrə, şərif ölkədə ziba vətənim var.
Bəsdir, mənə xaki-qədəmi, xirqeyi-çakım,Yox qəm ki, nə kafurü nə sidrü kəfənim var,
Batin üzümün şahididir hüsni-kəlamım,Əlminnətü-lilləh belə vəchi-həsənim var.
Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyid, nə gərəkdir mənə ol ləli-Bədəxşan,Yüz lələ dəgən tazə əqiqi-Yəmənim var.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-ferhad-menem-kim-bele-sirinsuxenim-var
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir gün atlandı Heydərü Səfdər,Sağda Siddiq, sol yanında Ömər.
Şahın mülazimi ilə zarafatıQıldı bir padşah əzmi-şikar,İsti oldu o gün həva büsyar.
Oğluma nəsihət (Ey oğul, şahə eyləmə cürət)Ey oğul, şahə eyləmə cürət,Şah təbinə özgədir halət.
Hədis (Olsa mehmanın, ey pəsər, kafər)Olsa mehmanın, ey pəsər, kafər,Ona ikram eylə, cani-pədər.
Başqa şairlərin şeirləri · Eşq
Rəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
Gör nədirMən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,
FüzuliEy Füzuli, eşq dolu bir badəyəm,Mən sənin söz mülkünə səccadəyəm.