Ey oğul, şahə eyləmə cürət,Şah təbinə özgədir halət.Mütələvvin olur təbiəti-şah,Şirlərdir bular, nə kim rubah.Gah mədhindən eyləyir nifrət,Gah düşnaminə verir xələt.Şairü şirü şahdən həzər et!Onların xərgəhinə az güzər et.Bunların hər üçü olur məğrur,Hər üçündə əyandü kibrü qürur.Səni təng etsə guşeyi-vəhdət,Bari həmcinsin ilə qıl ülfət.Mail olma özündən əlayə,Başını salma şurü qovğayə.Bunlar ilə çox eylədim ülfət,Hasilim olmadı becüz zəhmət.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mədhiyyə