Eşqin ey dilbər, könül təxtində şah olmuş durur
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Eşqin ey dilbər, könül təxtində şah olmuş durur,Surətin can mülkinə xurşidü mah olmuş durur.
Eşqini könlümdə mən dəxi neçün pünhan edim,Ruyi-zərdim, əşgi-sürxim çün güvah olmuş durur.
Müddəilərdən dəxi cana nə fikrim var mənim,Bəndəyə çün sən kimi sultan pənah olmuş durur.
Bağçada hüsnün gülünü bülbüli-şeyda görüb,Axdı yaşı danə-danə bənzi kah olmuş durub.
Hüsnini hər kim ki, gördü valehü heyran olub,İşi onun dünyada fəryadü ah olmuş durur.
Çün cəmalın gördü düşmən, qılmadın anə nigah,Müddəilərnin məqami bəndü çah olmuş durur.
Məqtə — şairin təxəllüsü olan son beyt. Bu Xətai yüzüni ta gördü ey, xubi-Xötən,Ol Xətavü Hind elində padşah olmuş durur.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-esqin-ey-dilber-konul-textinde-sah-olmus-durur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mürşidlikdən sizə budur, ərənlər,Hər nə istər, mənzil nərə buluna.
İqrar verdim, dönmən ələst bəzmindənİqrar verdim, dönmən ələst bəzmindən,Verdiyim iqrarı imandan aldım.
Musayə təsəlli göründi TurdənMusayə təsəlli göründi Turdən,Məst olub ağlını şaşırdı sirdən,
Bir qəndildən bir qəndilə taxıldımBir qəndildən bir qəndilə taxıldım,Türab olub yer üzünə yaxıldım,
Başqa şairlərin şeirləri · Eşq
Ariflər, fəhm eləyin, süzüb gedən yara baxın!Eyləyib müjganları sinəmi səd para, baxın!
Can ilən canan, deyillər, can təmənnasındadırCan ilən canan, deyillər, can təmənnasındadır,Baş verrəm, bilsəm ər, canan təmənnasındadır.
Ağlama Nigar, ağlamaÜrəyimi eləyib qanAğlama Nigar, ağlama...
Vükəlayi-millətəGətməsə Batmanqılıc tranə, nəzm etməz qəbul,Cəlb edək ol zatı iovriyyəlle, Allah eşqina.