Eşqiniz cana, bu könlüm təxtinə sultan durur,Bu vücudum mülkinə xeyli xəyalın can durur.

Ta görübmən hüsnini, ey göhəri-yekta sənəm,Bir gözüm Qülzim misali, bir gözüm Ümman durur.

Ruzi-şəb bəs kim, qılur, bülbül fəğanü zarlıq,Ta gülüstanda yüzüntək bir güli-xəndan durur.

Əhli-taət, bəski zikr eylər sifati-hüsnini,Bildi ki, yüzün sifati ayəti-Quran durur.

Məqtə — şairin təxəllüsü olan son beyt. Dünyanın varu yoxundan ey Xətai, ğəm yemə,Saxlayan daim səni şol sayeyi-sübhan durur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq