Ta düşübmən eşqinə, hicrində mən zarəm hənuz,Dami-zülfin bəndinə mürği-giriftarəm Hənuz.

Ta ki, mən bülbül təki gülzari-hüsnin görmüşəm,Ta əbəd tərk eyləmən dəreşqi-gülzarəm Hənuz.

Şəmi-rüxsarini ta kim, görmişəm, ey məhliqa.Gögdə yıldızlar kimi hər gecə bidarəm hənuz.

Ta yüzin gördim sənin, mən ey təbibi-dərdi-eşq,Sanma kim, buldum şəfa dərdilə bilmarəm hənuz.

Məqtə — şairin təxəllüsü olan son beyt. Bu Xətai yar ilən qalu bəlidən qıldı əhd,Həq bilür kim, bərsəri-an əhdü iqrarəm hənuz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq