Ta ki, dərdindən olubdur yürəgim sədparələr,Tiği-eşqin yürəyimin səd həzaran parələr,

Ay yüzündən ayru gördüm dideyi-bixabimi,Göy yüzündə uymaz oldu hər gecə səyyarələr.

Zahida, sən fariğ ol, ahimdən ikrah eyləmə,Kim, mənim bağrımda çoxdur qəmzələrdən yarələr.

Yaralı bağrım qanın tökdü gözümdən dəmbədəm,Gör, nələr qıldı mənə, şol nərkisi-xunxarələr!

Çıxmasa miskin Xətai könlü zülfindən nola,İşi seyr olur onun hər xanda var səyyarələr.

Həsrətin dərdindən, ey can, bağrım oldu parələr,Suzi-eşqin yürəgimni hərdəm eylər yarələr.

Yandırub hicran odu könlümni verdi badə gər,Dutdu əflaki-cahani, geydi gög də qarələr!

Düşdü hüsnin bəndinə canilə dil, bu gözlərim,Çarə yox, naçar olubdur, neyləsin biçarələr.

Tərk edib, qoydum, gedərəm, xanimani, mülki uş,Hicrin etdi mən qəribi, üştə gör, avarələr.

Məqtə — şairin təxəllüsü olan son beyt. Öldü dərdindən Xətai, bir qədəm rəncidə qıl,Qəbrinə basgil, eşitgil səd-həzaran nalələr.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq