Ənbərin, zülfinmidir, ya müşki-tatarın durur
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ənbərin, zülfinmidir, ya müşki-tatarın durur,Köydə kovkəb əqdi həm, lölöyi-şəhvarın durur.
Hər səhərgəh aləmü afaqı pürnur eyləyən,Gün dəgil, ey dilbərim, ol hüsni-didarın durur.
Ruzi-məhşər qoparan cana, qiyamət qamətin,Fitnələr zahir qılan ol çeşmi-məkkarın durur.
Tuba kim, derlər, cahanda qəddi-rəftarındir ol,Baği-rizvan kim, deyirlər ruyi-gülzarın durur.
Məqtə — şairin təxəllüsü olan son beyt. Dünyəvü üqbadə hərgiz ğəm yemə əğyardən,Ey Xətai, çün sənin lütfi-xuda yarın durur.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-enberin-zulfinmidir-ya-muski-tatarin-durur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qamətindən münfəildir sayeyi-sərvi bülənd,Həsrətindən ər-əri-şümşad olubdur dərdmənd.
Roşən yüzün ki, zülfin olubdur niqab onaRoşən yüzün ki, zülfin olubdur niqab ona,Nisbətdir əbr içində məhü afitab ona.
Rüxlərin müshəf, nigara, qaşların mehrablərRüxlərin müshəf, nigara, qaşların mehrablər,Baxdım, ol yüzdən mana fəth oldu yüz min bablər.
Sənsən həmişə surəti mənidə şahımızSənsən həmişə surəti mənidə şahımız,Ruzi-əzəldə həzrətin oldu pənahimiz.
Başqa şairlərin şeirləri · Eşq
Kəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,
Tutma, ey sahib-nəzər, məndən nəzər, divaniyəm!Tutma, ey sahib-nəzər, məndən nəzər, divaniyəm,Bu təhəyyürdən tutulmuş könlümün heyraniyəm.
Övzai-çərx sanma ki, biixtilaf olurÖvzai-çərx sanma ki, biixtilaf olur,Cuyi-zəmanə gah bulanır, gah saf olur.
Qəzəl: Nə bədxudur gözəllər hər kimi gördükdə nişlərNə bədxudur gözəllər hər kimi gördükdə nişlər,Çəkərlər təyğ əbrudən nəzər əhlin qılışlər