Sənsən həmişə surəti mənidə şahımız
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Sənsən həmişə surəti mənidə şahımız,Ruzi-əzəldə həzrətin oldu pənahimiz.
Cövr etmə mən şikəstə, dilü binəvayə kim,Çün səndən özgə kimsənə yox dadi-xahimiz.
Hər xanda kim sücud edərisəm be etiqad,Mehrab qaşlarında durur qibləgahimiz.
Bir gün tərəhhüm eyləmədin-xaksarinə,Yarəb, nə sadir oldu qapında günahimiz.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ğəmdən Xətai, dərdilən incəldi çün hilal,Ey afitab-tələti süni ilahımız.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-sensen-hemise-sureti-menide-sahimiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gəl ey arif, sana hər dəm təvafi-həcci-əkbərdir,Ki, qiblən-nuri-peyğəmbər, imamin nəqdi-Heydərdir.
Gəl təraş et xəttini, şahi-cahan üç gündə birGəl təraş et xəttini, şahi-cahan üç gündə bir,Ta olasan afəti-dövri-zaman üç gündə bir.
Gəldi sürahi məclisə, rəf eyləmiş niqabGəldi sürahi məclisə, rəf eyləmiş niqab,Nur eylədi bu məclisi-zərrinpər afitab.
Gərçi gün xoşdur, vəli rüsxarın ondan yaxşıdırGərçi gün xoşdur, vəli rüxsarın ondan yaxşıdır,Ay dəxi taban durur, didarın ondan yaxşıdır.
Başqa şairlərin şeirləri
Dəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
YetişsəmEylərəm varımı cümlə təsdiq,Mələk mənzər o sultana yetişsəm.
Nə bilsinBir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,
Etdi dollak yüzün dün xəti-tərdən xaliEtdi dollak yüzün dün xəti-tərdən xali,Oldu ayinəyi-dü jəngi-kədərdən xali.