Ta ki, düşdüm hicrinə, könlüm fəğanə başlər,Gəldi ahimdən mənim fəryadə dağü daşlər.

Hüsnini yad eyləsəm, ey sərv boylu dilbərim,Firqətindən çeşmətək, axar gözümdən yaşlər.

Mehri-ruyün sərbəsər sehrilə tutdu aləmi,Fitnəvü ğovğayə saldı, ol göz ilən qaşlər.

Eşqə dil verdin deyə, cövr etmə, ey zahid mana,Can verür məşuqə daim aşiqi-qəllaşlər.

Məqtə — şairin təxəllüsü olan son beyt. Naseha, eyb eyləmə miskin Xətai şerinə,Çün həqə məlum durur, könlündə sirri-faşlər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq