Qeyr ilə yarım gəzir, gərdən çəkib bir qu kimi
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Qeyr ilə yarım gəzir, gərdən çəkib bir qu kimi,Qalmışam viranələr küncündə mən bayqu kimi.
Zikr edərsəm gecələr ağzım sulanı zövqdən,Bir süreyni var o şuxun balişi-pərqu kimi.
Dürri-dəndanı qəmindən qətrə-qətrə göz yaşımTiri-müjganı tutulmuş rişteyi-lölu kimi.
Mən deməm ki, içmədim mey sənsiz, ey namehriban,İçdim, amma ləblərindən ayrı, bir ağu kimi.
Sərvə derlər meyvə verməz, bəs nədir, ey sərvqəd,Pirəhəndən baş verib püstanların limu kimi?
Gözlərin ahuya bənzətdim, xəta etdim, o şuxAqibət məndən rəmidə oldu bir ahu kimi.
Yarələnmiş mixləbi-şəhbazi-çeşmindən məgər,Nalə eylər ruzü şəb miskin könül yahu kimi.
Ruyi-atəşnakın üstə zülfün oynar dəmbədəm,Löbət izhar eylər atəşbaz olan hindu kimi.
Sünbüli-zülfünlə ta ki, mərhəm etdim zəxmimə,Bu verir hər gecə zəxmim bir güli-şəbbu kimi.
Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyida, kilki-Müsəvvirdir əsayi-Musəvi,Sən ona hərgiz nəzirə söyləmə cadu kimi.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-qeyr-ile-yarim-gezir-gerden-cekib-bir-qu-kimi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir gün, ey ruhi-həzrəti-İsa,Kəlmeyi-həq, o nuri-paki-xuda
Oğluma nəsihət (Cəfər, ey sibti-Heydəri-Kərrar)Cəfər, ey sibti-Heydəri-Kərrar,Mərdlik şivəsində ol huşyar.
Arvadını boşamış kişi hekayəsiVerdi bir şəxs övrətinə təlaq,Vəchin ondan soruşdu bir sarsaq.
Oğluma xitab (Ey oğul, əksəri-zənani-cahan)Ey oğul, əksəri-zənani-cahanƏrinin mərginə olur nigəran.
Başqa şairlərin şeirləri · Eşq
بود به بند تو خداوند عشقخواست نَبُرَّد گلویت بندِ عشق
OlmusanYazıq könül, nə sızlarsan, bülbülə tay olmusan,Haçan yardan yarımısan, sevilib bay olmusan?
Ey badi-səba, məndən ol yarə salam eyləEy badi-səba, məndən ol yarə salam eylə,Dərdü ələmim bildir dildarə, salam eylə.
تو سلطانی و خورشیدت غلام استنظر جز بر چنین صورت حرام است