Ey badi-səba, məndən ol yarə salam eylə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ey badi-səba, məndən ol yarə salam eylə,Dərdü ələmim bildir dildarə, salam eylə.
Görsən üzün ol mahın, bas bağrına gərdun tək,Dön başına yalvarə-yalvarə salam eylə.
Key baği-behiştim, mən bir Adəmdim guya,Düşdüm səri-kuyindən avarə, salam eylə.
Dərdü qəmi-hicranın hər ləhzə hücumundanAxır ki, cigər oldu sədparə, salam eylə.
Məqtə — şairin təxəllüsü olan son beyt. Gör xəstə Vidadinin daği-cigərin söyləOl lalə rüxə, çeşmi-bimarə salam eylə.
Kitabxana.az · https://kitabxana.az/works/vidadi-ey-badi-seba-menden-ol-yare-salam-eyle
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bilirsiz, Vaqifa, kim şövqimiz didarə çoxdandır,Nə çarə, eyləməz dövran vüsalə çarə çoxdandır.
Deyibsiz yəni gəlləm gəldi bir belə xəbər, Vaqif!Deyibsiz yə’ni gəlləm gəldi bir belə xəbər, Vaqif,Xilaf idi bu sözlər bəs, peşimanmı məgər Vaqif?
Ey səba, gəl bir xəbər ver cane, canan xandadırEy səba, gəl bir xəbər ver canə, canan xandadır?Şəhri-könlüm oldu viran, ona sultan xandadır?
Ər libasın geyə hər rənglə zən, mərd olmazƏr libasın geyə hər rənglə zən, mərd olmaz,Mərd hərçənd ki, zən öldürə, namərd olmaz.