Bilirsiz, Vaqifa, kim şövqimiz didarə çoxdandır,Nə çarə, eyləməz dövran vüsalə çarə çoxdandır.

Pərişandır könül, zülfü pərişanlar həvasındaBu sevdadə olubdur mürği-dil avarə çoxdandır.

Təbiba, ta ki, düşdük çün həzər rəncuri-eşq olduq,Mühəssəl yetmədi bimarimiz timarə çoxdandır.

Qərəz canana mətləb can isə inkarımız yoxdur,Verib can-baş yolunda, durmuşuq iqrarə çoxdandır.

Məqtə — şairin təxəllüsü olan son beyt. Vidadi xəstə kim, düşmüş səadətlər sücudindən,Bəli Sən’ani-dil ta bağlanıb zünnarə çoxdandır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq