Deyibsiz yə’ni gəlləm gəldi bir belə xəbər, Vaqif,Xilaf idi bu sözlər bəs, peşimanmı məgər Vaqif?

Bilirdim mən fələk verməz visalə çox da üz, ammaBizi saldı əzabi-intizarə müxtəsər Vaqif.

Bu gün danla demə, dövran deyildir bir qərar üzrə,Sən ondan ta olunca vaqif, ol səndən keçər, Vaqif!

Məcalın var ikən ol yarü həmdərdi güzar eylə,Könül qəmdən açar, yaxşı olur seyrü səfər Vaqif.

Bilirsiz qövli-sünnət, bə’di niyyət məhz vacibdir,Hələ rəhm olduğu mə’lumunuzdur, mötəbər Vaqif.

Vətən yad eyləməzsiz gər tutalım könlünüz quşdur,Məgər qəti rəhmdən eyləməzsiz bir xəbər, Vaqif.

Məqtə — şairin təxəllüsü olan son beyt. Fələk bər’əksi-dövran olduğundan bir nişandır buVidadi xəstə tək düşmüş vətəndən dərbədər Vaqif.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale