Köksümi qalxan qılıb mən oxlarun qarşusinə,Gər inanmırsan bir ox atgil mana qarşu sına.

Ğəmzə oxu qaşların yayindən, ye əbru kəman,Sən atarsan canəvü könlüm dutar qarşu sinə.

Ey könül, gər aşiq isən nam ilə namusi qoy,Kim ki, aşiqdür anun nami nəvü namusi nə.

Qıldı dövri-ruzigarimni qara qismət güni,Sürmeyi-nazi ol çəkti nərgisi-cadusinə.

Məqtə — şairin təxəllüsü olan son beyt. Kişvərinün sözidür incü, anı sındurmagilKim, bəhasindən düşər, çün daneyi-incu sına.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq