Nə təravətdür ki, həq vermiş güli-rüxsarinəKim, verür yüz abrü baği-cinan gülzarinə.

Ey səba, ol zülfi-müşkini pərişan qılma kim,Rişteyi-canım mənim bağlabturur hər tarinə.

Qılma təqsir ol ləbi-canbəxşdən bir şərbət-abKim, şəfa verməzdim İsaləbin bimarinə.

Bir qıya bax dedümü al nəqdi-canım, qıymadın,Ey vəfasız, yar olan hərgiz qıyarmı yarinə.

Məqtə — şairin təxəllüsü olan son beyt. Əhdü istiğfar qılsa eşqidən qul Kişvəri,Əski kibrün hiç inanma əhdü istiğfarinə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq