Sənsiz ol bixanuman kim, var idim, varəm hənuz
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Sənsiz ol bixanuman kim, var idim, varəm hənuz,Eylə rüsvayi-cahan kim, var idim, varəm hənuz.
Qönçəyanlığ bağlu ağzım lalə nisbət ğərqi-xun,Həsrətindən həmçinan kim, var idim, varəm hənuz.
Çeşmi-xunəfşan bilə sən nazənindən ayrılıb,Həmdəmi-ahufəğan kim, var idim, varəm hənuz.
Nərgizi-bimarına türlü təvanalıq bilə,Ol burunqi natəvan kim, var idim, varəm hənuz.
Sən vəfavü mehrini tərk etdin, ey bədmehri-yar,Yoxsa mən miskin həman kim, var idim, varəm hənuz.
Məqtə — şairin təxəllüsü olan son beyt. Keçmə, cana mehribanlığdan ki, bu qul Kişvəri,İtlərünə mehriban kim, var idim, varəm hənuz.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-sensiz-ol-bixanuman-kim-var-idim-varem-henuz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən ki, həmdəm bolmadum bu çeşmi-cadular bilə,Düşmüşəm səhrayə ülfət dutmuş ahular bilə.
Sənun tək xanı bir növrəs, nihali-çaridəh saləSənun tək xanı bir növrəs, nihali-çaridəh salə,Boyu ər’ər, xəti ənbər, gözü nərgis, yüzü lalə.
Ey saçı sünbül, yüzi dadə, gözi ahubərəEy saçı sünbül, yüzi dadə, gözi ahubərə,Boldu sənsiz ruzigarım tirəvü bəxtim qarə.
Vəh ki, sənsiz həmdəmi-ahü fəğan boldum yenəVəh ki, sənsiz həmdəmi-ahü fəğan boldum yenə,Bidilü bidilbərü bixanüman boldum yenə.
Başqa şairlərin şeirləri · Eşq
Neyləyim, covr eləyir cərxi-cəfakar mənə,Göndərib hər nə qədər covr, sitəm var, mənə.
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Qadasın aldığımYar adına mən dolanım, qız qadasın aldığım,Açılanda fəsli-bahar, yaz qadasın aldığım,