Mən ki, həmdəm bolmadum bu çeşmi-cadular bilə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Mən ki, həmdəm bolmadum bu çeşmi-cadular bilə,Düşmüşəm səhrayə ülfət dutmuş ahular bilə.
Səndən ayru əkdim, ey baği-behiştin laləsi,Yüzüm üzrə zə’fəran çeşmimdəki sular bilə.Xəstədür könlüm, tənüm bimarü canım natəvan,Vəh ki, keçdi ruzigarim necə sayrular bilə.
Ləblərin içində mirvaridi-tər tək dişlərün,Höqqeyi-yaquta bənzər dolu incular bilə.
İstəsən, ey dil, xilas olmaq cünun zənciridən,Gəzməgil zinhar, bu zənciri-keysular bilə.
Bu dili-bədxuyidən canə yetibmən neyləyimKim, bolubdur həmnişin bir neçə bədxular bilə.
Zülfü xalun həsrətindən, ey məhi-namehriban,Öldü miskin Kişvəri yüz qarə qayğular bilə.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-men-ki-hemdem-bolmadum-bu-cesmi-cadular-bile
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əya sənəm, necəsən, xoşmusan, səfacəmisən?Güli-İrəm, necəsən, xoşmusan, səfacəmisən?
Saqiya, bir cür’ə sungil badeyi-gülrəngdənSaqiya, bir cür’ə sungil badeyi-gülrəngdən,Mütriba, bir nəğmə dut mən binəva ahəngdən.
Gözüm giryandur, ey can, səndən ayruGözüm giryandur, ey can, səndən ayru,Tənim üryandır, ey can, səndən ayru.
Açdı yüzidən bürqə’ ol şol ey mana qarşuAçdı yüzidən bürqə’ ol şol ey mana qarşu,Mehrab qaşı darüş-şəfa, gözləri sayru.
Başqa şairlərin şeirləri
Ey simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
QalmasınAləmləri babət-babət yaradanNə qaldı ki qul başına gəlməsin
Əlifba(Əlif) Allah ismin əzbər eylədim(Bə) buyurdu lütf-i ehsan çağıdır
UstalarBu yeni il günəş deyil,Elektrik işığilə işıqlanan