Sənun tək xanı bir növrəs, nihali-çaridəh salə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Sənun tək xanı bir növrəs, nihali-çaridəh salə,Boyu ər’ər, xəti ənbər, gözü nərgis, yüzü lalə.
Bəri nəsrin, xəti mişkin, saçı pürçin, gözü laçin,Yüzi rəngin, sözi şirin, dodağı qəndi-Bengalə.
Qaşı əgri, boyu doğru, gözü oğru, bəni filfil,Ləbi lə’lü dişi incu, yüzi mahü xəti halə.
Tənimdür Bisitun daği, mənəm bir kuhikən yanlığ,Əlim daşlu, quru başlı, gözüm yaşlu, işim nalə.
Yağamdur gül kimi parə, dilimdür ğönçə tək bağlu,Yürəgim lalə tək pürxun, könül pərkalə-pərkalə.
Gecə duşimdə dişlib mən ol lə’li-şəkərxani,Dişimdən ol nişanlardur imas hər yani bütxalə.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ayağın toprağından Kişvəri köhli-bəsər qıldı,Ğənimət bil zəhi-dövlət, bu daxi gər sana qalə.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-senun-tek-xani-bir-novres-nihali-carideh-sale
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ah kim, sevdim yenə bir kafəri-xunxarəniKim, cahanda istəməz bir gün məni-avarəni.
Getdi can, göydü könül, ta gördüm, ey canum səniGetdi can, göydü könül, ta gördüm, ey canum səni,Canü dil birlə sevibmən neyləyim canum səni.
Ey cəmalun şəm’inə kövnü məkan pərvanəsiEy cəmalun şəm’inə kövnü məkan pərvanəsi,Kakilün zəncirinə canü cəhan divanəsi.
Bilməzəm noldu yenə kim, yar sormaz halımıBilməzəm noldu yenə kim, yar sormaz halımı,Daği-dildən göydümü dildar sormaz halımı.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Eşqsiz qalan bir dil kimi göz dikərək ənginə,Gizli-gizli həsrət çəkib ağlarmıan, Tamara?
OlaydıA gül şaxı, yaşıl yarpaq açmısan,Nə xoş olur, qönçələrin olaydı.
Öyün, millət!O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.
Mürəbbe: Qanlı fələk, səndən şikayətim varQanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldum