Getdi can, göydü könül, ta gördüm, ey canum səni,Canü dil birlə sevibmən neyləyim canum səni.

Ruzigarim tirə boldu hicridən, vəh, bir gecə,Görmədim külbəmdə ey şəm’i-şəbistanum səni.

Ömr əgər versə aman xaki-kəfi-payi bilə,Aqibət rövşən qılam, ey çemi-giryanum səni.

Dinü imanum gedürdün, ey sənəm, vəh, neyləyim,Qıymazam tərk etməgə, ey dinü imanum səni.

Məqtə — şairin təxəllüsü olan son beyt. Bəndə miskin Kişvərinin hali etdin halidür,Bi inayət ta görür halinə sultanum səni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri