Yarə köp can verdim, əmma bivəfadur bilmədim,Aşinalıq rəsmidən naaşinadur bilmədim.

Şivəvü nazü itabi çoxdurur bildüm, vəliĞönçəsi qan tökməkü işi cəfadur bilmədim.Surətin gögçəkliginə aldanıb verdim könül,Əhdi süstü bağrı daş, könlü qaradur bilmədim.

Sözünə şirinlədim əvvəl ki, yarimdür mənim,Təlxi-kam açır yerim kuyi-fənadur bilmədim.

Gözlərinin şivəsinə mübtəla boldum, vəliZülfünün hər tari bir dami-bəladur bilmədim.

Eşqi bustanında tikdim yüz tuman nəxli-vəfa,Bərgi-mehnət meyvəsi rəncü ənadur bilmədim.

Tapmağa gənci-müradi Kişvəri, qıldım həvəs,Hər qədəm yolunda kami-əjdəhadur bilmədim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq