Dəli könlümə nə tədbir qılsam
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Dəli könlümə nə tədbir qılsam,Məgər saçın ana zəncir qılsam.
Yüzün şənindədür hər ayə-ayə,Əgər Qur’anı mən təfsir qılsam.
Səni görməgilə tədbir bolsa,Gözüm çıqsun əgər təqsir qılsam.
Fələk övraqına sığmaz hekayət,Əgər şərhi-ğəmin təhrir qılsam.
Məqtə — şairin təxəllüsü olan son beyt. Tükənməz Kişvərinin dərdi yüz yil,Əgər yüz dil bilə təqrir qılsam.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-deli-konlume-ne-tedbir-qilsam
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Getdi can, göydü könül, ta gördüm, ey canum səni,Canü dil birlə sevibmən neyləyim canum səni.
Ey cəmalun şəm’inə kövnü məkan pərvanəsiEy cəmalun şəm’inə kövnü məkan pərvanəsi,Kakilün zəncirinə canü cəhan divanəsi.
Bilməzəm noldu yenə kim, yar sormaz halımıBilməzəm noldu yenə kim, yar sormaz halımı,Daği-dildən göydümü dildar sormaz halımı.
Bəs ki, can çəktim fəraqından, mana can qalmadıBəs ki, can çəktim fəraqından, mana can qalmadı,Sənsizin mən yudmayıb xunabi-hicran, qalmadı.