Səhraya düşdüm tilbə-rab gögə yetişdi nalişim
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Səhraya düşdüm tilbə-rab gögə yetişdi nalişim,Qaldı tikanlar üstünə hər pareyi-pirahənim.
Sənsiz məni-bixabü xər, bir laləyəm xunincigər,Bağrımda hər yan dağlar, qandan ləbaləb damənim.Ölsəm mən zarü zəbun, hər yer kim, andə qərği-xun,Bitsə giyahi-laləgun oldur nişani-türbətim.
Ol şəm’inin sevdasidən, pərvanəyəm pərvasidən,Əqlü xirəd qovqasidən, meyxanə buldu mə, mənim!
Ey dilbəri-tuti-xuram, lə’li-ləbin yaquti-xam,Söz oldu ağzından tamam, gör bu kəlami-əhsənim.
Könlüm sənə yalvarəsi, kuyi-ğəmim avarəsi,Bilmən ki, bu qan parəsi, cana, sənindir ya mənim.
Hicrində artdı möhnətim, ey Kişvəri, gör vəhdətim,Dəşti-fənadır xəlvətim, kuyi-məlamət məskənim.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-sehraya-dusdum-tilbe-rab-goge-yetisdi-nalisim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey dəhanın püstəvi lə’li-ləbin innab tək,Qamətin sərvü yüzün xurşidi-aləmtab tək.
Ol kim, öldürdi məni cövrilə bidadi anunOl kim, öldürdi məni cövrilə bidadi anun,Munisə-şəbhayi-tarimdür mənim yadi anun.
Ol ki, can məxmuri çeşmi-nimxabidür anunOl ki, can məxmuri çeşmi-nimxabidür anun,Canım arami, vəli könlüm xərabidür anun.
Şəm’ tək könlüm yanar yüzin görüb cananəninŞəm’ tək könlüm yanar yüzin görüb cananənin,Şəm’idən hasil həmin yanmaqdurur pərvanənin.
Başqa şairlərin şeirləri · Eşq
چو موسی باز میگردید از طوردر آن وادی سیاهی دید از دور
Aşıq Əhməd Paşanın deyişməsi— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm
Gizli sevgiBəzən saatlarla mən düşüncəyə dalıram,Uzaqlara həsrətlə baxa-baxa qalıram.
Dur uru, ey saqiyi-məhru bizəDur uru, ey saqiyi-məhru bizə,Sun bərü bir qaç qədəh vinu bizə.