Vəh ki, bir vəhşisifət mişkin ğəzalım var mənim
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Vəh ki, bir vəhşisifət mişkin ğəzalım var mənim,Kimsə bilməz kim, fəraqində nə halım var mənim.
Gögə çıx, ey naləvü bu əxtəri-sərgəştədin,Sorgil əhvalımnı, gör kim, nə zəvalım var mənim.
Yar ğəmdin özgə hasil vermayin bu bağara,Bir səmənbər sərvqəd nazik nihalım var mənim.
Gəh ləbin zikrin vəsfin qılurmən, gah belin,Gör nə təb’i-nazikü incə xəyalım var mənim.
Məqtə — şairin təxəllüsü olan son beyt. Kişvərinin yüz sualə bir cəvab olmaz nədən,Ol ləbi-şəkkərfişandan bir sualım var mənim.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-veh-ki-bir-vehsisifet-miskin-gezalim-var-menim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çün cəmalın pərtövi-sübhi-kəramətdür mana,Bir nəfəs kim, görməzəm şami-qiyamətdür mana.
Ey pəriləb, demə həq bir parə can vermiş sanaEy pəriləb, demə həq bir parə can vermiş sana,Çeşmeyi-heyvan deyib, şəkli-dəhan vermiş sana.
Səndən ayru yüz ğəmü dərdü məlamətdir manaSəndən ayru yüz ğəmü dərdü məlamətdir mana,Nə xoşam, nə naxoşam, bilməm nə halətdir mana.
Alma, cana, canımı kim, can ilən yarəm sanaAlma, cana, canımı kim, can ilən yarəm sana,Bivəfalıq qılma kim, yari-vəfadaram sana.