Ey pəriləb, demə həq bir parə can vermiş sana
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Ey pəriləb, demə həq bir parə can vermiş sana,Çeşmeyi-heyvan deyib, şəkli-dəhan vermiş sana.
Karigahi-afəriniş içrə guya dəsti-sün,Rişteyi-can birlə peyvəndi-miyan vermiş sana.
Qıldı qurban kirpigün navəklərilən könlümü,Ol ki çatmaqaşidən iki kəman vermiş sana.
Arizin bağı su içər çeşmeyi-xurşiddənDemə ariz kim, behişti-cavidan vermiş sana.Ol kim axıtdı gözindən ərğəvani yaşlar,Türreyi-şümşadü rəngi-ərğəvan vermiş sana.
Kişvərini qılma növmid, ey gözəllər şahi kim,Çoxdan ol biçarə ümmidilə can vermiş sana.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-ey-perileb-deme-heq-bir-pare-can-vermis-sana
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xəstə canım çəkdi ah, ol nərgisi-fəttan görüb,Avçı tək kim, ox çıxarub səlbdən ceyran görüb.
Eşigində düşmişəm hər gecə daşə yastanıbEşigində düşmişəm hər gecə daşə yastanıb,Gözlərim giryanü köksüm yarəvü bagrım yanıb.
Vəh ki, bir namehriban dildarı sevdim aqibətVəh ki, bir namehriban dildarı sevdim aqibət,Munca gəzdüm, bir vəfasız yarı sevdim aqibət.
Ləbin şagirdidür xalın, yazıbdır xaməyi-qüdrətLəbin şagirdidür xalın, yazıbdır xaməyi-qüdrətCəmalun səfhəsində kim, anın ustadinə rəhmət.
Başqa şairlərin şeirləri
Məqabirdən güzər etdim,Əcaib mərdüman gördüm,
Etiqadın ilə möhkəm bil yəqin ey pürxirədEtiqadın ilə möhkəm bil yəqin ey pürxirəd,Ciddü cəhd verməz səmər ta olmasa həqdən mədəd.
Qara dastanKimsə bilməz Tanrıdağın yaşınıDuman almış Altayların başını.
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər