Ləbin şagirdidür xalın, yazıbdır xaməyi-qüdrət
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ləbin şagirdidür xalın, yazıbdır xaməyi-qüdrətCəmalun səfhəsində kim, anın ustadinə rəhmət.
Bolursan, ey könül, həmdəm, bu bədxular bilə, leykinYə’qin qıldım mən imdi kim, sənə xoşluq verür zəhmət.
Çü düşdüm yardən ayru, kərəm qıl, ey əcəl, barı,Bu canı məndən algil kim, irür həm muzdü, həm minnət.
Rəhi-təhqiqini tut, zahida, qoy rəsmi-təqlidiKi, mən həm bu biyabanda yügürdüm bir neçə müddət.
Qılıb mən nəzr kim, yapam səbil meyxanələr hər yan,Ləbin dövrində gər bir gün xuda versə mana dövlət.
Gözi yadi bilə cana, yenə yüzi qara könlüm,Düşübdür kuhü səhraya, keyiklərlən tutub ülfət.
Məqtə — şairin təxəllüsü olan son beyt. Gədadür Kişvəri, leykin visalından təməl yüzməz,Kişi gər şahü gər dərviş, ana ali gərək himmət.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-lebin-sagirdidur-xalin-yazibdir-xameyi-qudret
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Necə, ey xodkam, hicründə mana bədnamlıq,Sən vəfasız dusti sevməkdə, düşmən kamlıq.
Ey əhli-eşq, dərdü ğəmən eyşü şadlıqEy əhli-eşq, dərdü ğəmən eyşü şadlıq,Eşqünə şadlıq, mana bəs namuradlıq.
Ey könül, dünya evində istəmə abadlıqEy könül, dünya evində istəmə abadlıqKim, anun bunyadıdur əslində bibünyadlığ.
Səni eyşü şərabü padişalıqSəni eyşü şərabü padişalıq,Mənü xunabəyi-hicrü gədalıq.