Necə, ey xodkam, hicründə mana bədnamlıq
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Necə, ey xodkam, hicründə mana bədnamlıq,Sən vəfasız dusti sevməkdə, düşmən kamlıq.
Gər səninçün, ey pəri, bədnam olubmən ğəm dəgül,Aşiqəm nami-nikudən yeg mana bədnamlıq.
Sənsizin boldi mana kuyi-ədəm aramgah,Necə çəksün bir kişi peyvəstə biaramlıq.
Zahida, mən etməgil görsən məni məstü xərabKim, mana sübhi-əzəldən gəldi dərd aşamlıq.
Cami əldən qoyma kim, mə’lum iməs əncami-kar,Haliya, xoşvəqtdür məstivü biaramlıq.
Bitmədi baği-cahanda sən təki bir şax gül,Sərv boylu, ğönçə ləb, bərgi-səmən əndamlıq.
Məqtə — şairin təxəllüsü olan son beyt. Gəldi əyyami-şərif, ey məh, zəkati-hüsn içün,Kişvəri xəstəyə bir busə ver bayramlıq.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-nece-ey-xodkam-hicrunde-mana-bednamliq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xəstə canım gözlərün avarəsidür, dustum,Tiləb könlum ləblərün meyxarəsidür, dustum.
Ey əzəldən eşqün ilən əhdü peymanım mənimEy əzəldən eşqün ilən əhdü peymanım mənim,Ta əbəd sevdayi-zülfin munisi-canım mənim.
Vəh ki, boldum sənsizin avarə, bilmən neyləyimVəh ki, boldum sənsizin avarə, bilmən neyləyim,Qalmışam biçarəvü bir çarə bilmən, neyləyim.
Ol ki, verür canü canan yüzüni görməz mənəmOl ki, verür canü canan yüzüni görməz mənəm,Ol ki, tartar dərdü dərman yüzini görməz mənəm.