Ölməgim, ol verdi sana işvəvü əyyarəliq,Bizgə ruzi qıldı bikəslik bilə biçarəliq.

Sən içərsən badəvü mən həsrətindən xuni-dil,Ta ki, sən meyxarə vardur mana xunxarəliq.

Bir güli-rə’na həvasində nəsib oldu manaĞönçə tək qan yudmaqu gül tək giriban parəliq.

Yar irür namehribanü bəxti-sərkeş, ey könül,Vəh ki, düşdi başına başdan yanə avarəliq.

Məqtə — şairin təxəllüsü olan son beyt. Yarı qıldın Kişvəriyə bədgüman, ey müddəi,Ol həman yaridürür, qaldı sana yüz qarəliq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri