Gözlərin sevdasidə gəldi mana bimarlıq
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Gözlərin sevdasidə gəldi mana bimarlıq;Bir gəlüb sormazsan, axır beləm olur yarlıq?!
Sən cahanü canidən, ey sərv, bərxurdar bol,Gərçi səndən görmədi heç kimsə bərxurdarlıq.
Simuzərlə ələ gətürmək kənardur yarını,Bu səbəbdən yaxşıraqdur yoxluqdan varlıq.
Yarəb, ol xurşidnün könli nədəndür kim, manaRəhmi gəlməz bir zərrə hər necə qılsam zarlıq.
Çün iməssən aşiq, ey dil, qoyma əldən zöhdini,Yegdürür bikarlıqdan yari ol bikarlıq.
Dönmə, ey dil eşqdən azar çox gördüm deyibKim, ola azarlıq, leyk olmaya bizarlıq.
Məqtə — şairin təxəllüsü olan son beyt. Kişvəri, piri-muğanun qulluğun tərk etmə kim,Hər necə əsrükdürür, var anda bir huşyarlıq.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-gozlerin-sevdaside-geldi-mana-bimarliq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Cismimni zəifü natəvan qıldı fəraq,Canımnı ədəm sarı rəvan qıldı fəraq.
Fikrim budurur kim, səni mehman qılabənFikrim budurur kim, səni mehman qılabən,Bu cani-girami sana qurban qılabən,
Hər dəm qəmi-eşqin məni ğəmgin qıladurHər dəm qəmi-eşqin məni ğəmgin qıladur,Xunabeyi-dil çöhrəmi rəngin qıladur,
Ğürbət məni zarü natəvan qıldı yenəĞürbət məni zarü natəvan qıldı yenə,Seylabi-sirişkimni rəvan qıldı yenə,
Başqa şairlərin şeirləri · Eşq
Qədin bəndəsidir sərvi-bülənd,Əzilür ləbinə ki şəkkər ü qənd
Gəncə heyKönül qalxıb Bərdə sarı yeridi,Orda bir ölkə var, adı Gəncə hey!..
Könül səbrü qərar etməz, gedər yar olmayan yerdəKönül səbrü qərar etməz, gedər yar olmayan yerdə,Məhəəbbət payidar olmaz vəfadar olmayan yerdə.
Gəraylı: Aşiqlik peşəsin qıldımAşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,