Bağlasan cana, kəmər qanımğa Tanrın yarıcı,Yüz mənim tək aşiqi-bidil sana yalvarıcı.

Hər necə kim, bağladım dəhəndə ağzın nəqşini,Cövhəri gördüm kim, anun yox vücudi-xarici.

Qalmışam vadiyi-hicranında, ey xurşidvəş,Yox irax, gecə qaranğu, kimsə yox başarıcı.

Kuri çeşmi-xəvaric mən Hüseyni məzhəbəm,Hər əlifi-şe’rim ara bir mıx çeşmi-xarici.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ol kəman əbru xəndək ğəmzə birlə bigünah,Kişvərini öldürür, kimdür anı qurtarıcı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri