Ğəribliğ ixtiyar etməz kimin kim, yari yar olsa
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ğəribliğ ixtiyar etməz kimin kim, yari yar olsa,Dirilməz yarsiz bir dəm kişi gər ixtiyar olsa.
Bu dirlikdən mana yegdür eşigində, xuda bilür,Ləgədkubi-cəfa birlə təni-zarim ğubar olsa.
Sənünlə ol məhəbbət kim, mənüm könlümdə ca qıldı,Anı aşkarə qılmazmən qiyamət aşikar olsa.
Rəqiblər cövrini çəkmək mana asandurur, amma,Əgər sən yari-canidin könül ümmidvar olsa.
Məqtə — şairin təxəllüsü olan son beyt. Yolunda oynadur cana, qələndər Kişvəri başin,Əgər qövlün ola, qövlü qərarun bərqərar olsa.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-geriblig-ixtiyar-etmez-kimin-kim-yari-yar-olsa
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əbirim, ənbərim, müşkim, ğəzalim, Çinü Maçinim,Bənəfşəm, sünbülüm, laləm, gülüm, tazə gülüstanım.
Ey xərməni-gül, gülşəni-rüxsarına qurbanEy xərməni-gül, gülşəni-rüxsarına qurban,Sərvi-çəməni, qamətü rəftarına qurban.
Munca qan tökməkdən, ey xunxar, usanmazmısanMunca qan tökməkdən, ey xunxar, usanmazmısan,Munca xəlqi göydürüb, ey yar, usanmazmısan?
Könlüm nəsibi çün ki, bəla qıldı yarədənKönlüm nəsibi çün ki, bəla qıldı yarədən,Tabi-bəla gətürmədi, can çıxdı arədən.