Könlüm nəsibi çün ki, bəla qıldı yarədən
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Könlüm nəsibi çün ki, bəla qıldı yarədən,Tabi-bəla gətürmədi, can çıxdı arədən.
Çeşmimdən ey ğəzalə, fəraqində ağlasam,Pərkalələr düşər cigəri-parə parədən.
Könlüm qara qılur yüzini sənsiz ah ilən,Qurtar xuday içün məni bu yüzi qarədən.
Baş ağradur səhər bu müəzzin dedikləri,Yarəb ki, uçursun Tanrı anı minarədən.
Könlündə hiç rəhmi yox ol dilbərün, bəli,Mehri-giyah bitməz olur səngi-xarədən.
Bimarlıq nəhayətə yetdi, gör ey rəqib,Gorü kəfən yəraqı ki, iş ötdü çarədən.
Məqtə — şairin təxəllüsü olan son beyt. Kirpikləri xəyalında, ey Kişvəri yenə,Bağrım bolub kəbabü asıldı qənarədən.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-konlum-nesibi-cun-ki-bela-qildi-yareden
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey saçı bənəfşə, yüzü gül, kakili ənbər,Ey hüsni ğəzalə,
Ey bolub eşqdə divanəvü rüsvay könülEy bolub eşqdə divanəvü rüsvay könül,Yüzünə çirmaşib ol zülfi-səmənsay könül,
Gözlərim yüzün görüb xurşidi-taban istəməzGözlərim yüzün görüb xurşidi-taban istəməz,Bir nəfəs keçməz ki, bəzmi-vəsli-canan istəməz.
Yenə boldum məni-divanə rüsvayYenə boldum məni-divanə rüsvay,Göyüb eşq atəşi birlə sərapay.
Başqa şairlərin şeirləri · Eşq
Məhəbbətdə taleyin öz nuru var,Gözəl arzu, saf niyyətdi məhəbbət,
Ey yazıqTa ki sən oldun əsiri vəzi-yarın, ey yazıq,Qarə oldu yar əlindən ruzigarın, ey yazıq!
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
EləsinBir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.