Yenə boldum məni-divanə rüsvay
Yenə boldum məni-divanə rüsvay,Göyüb eşq atəşi birlə sərapay.Könülni verdim ol səngin dilə, vayKi, heç qılmaz ğəriblər sarı pərvay,Məni bu qayğu öldürdü, mədəd hay!
Müsəlmanlar, giriftarəm, nə çarə,Bəlayi-eşqə düşdüm, varə-varə.Gözüm giryanü bağrım parə-parə,Yetürməz halimi heç kimsə yarə,Məni bu qayğu öldürdü, mədəd hay!Səni ta gördüm, ey şümşad qamət,Yetən atar mana səngi-məlamət,Qalıb ağzımda əngüşti-nədamət,Xanı əqlü xanı səbrü səlamət?Məni bu qayğu öldürdü, mədəd hay!
Məni avarə qıldı xanümandan,Çe cayi-xanuman, canü-cahandan,Nələr çəkdüm mən ol namehribandan,Bir ağız sormadı mən natəvandan,Məni bu qayğu öldürdü, mədəd hay!
Sənünlən istərəm bir aşinalıqKim, irür aşinalıq, rövşənalıq,Vüsalındır mana yüz padişahlıq,Nə müşkül hal irür səndən cüdalıq,Məni bu qayğu öldürdü, mədəd hay!
İməsmən aşiqi-bisyari-tale’,Bulubmən bir quru didarə qane’,Ana daxi olurlar xəlq mane’,Zəhi bəxti-bədü varunə tale’,Məni bu qayğu öldürdü, mədəd hay!
Necə dedim duayi-şahi-adilKi, ömri vafir olsun, əqli kamil,Sənə cüz’ dərdi-dil bolmadı hasil,Diriğa, boldo sə’yim cümlə batil,Məni bu qayğu öldürdü, mədəd hay!
Qələndər Kişvəridür bir süxəndan,Süxənguyadur üştə guyü meydan,Anun hər beytidür bir dürri-ğəltan,Qulağ asmaz ana Yəqubi-Sultan,Məni bu qayğu öldürdü, mədəd hay!
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-yene-boldum-meni-divane-rusvay
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey səba, qıl bir güzər ol bivəfa sarisinə,Ərzə qıl miskinligim yoldaşların varisinə.
Bir zülfi həlqə-həlqəyə divanəyəm yenəBir zülfi həlqə-həlqəyə divanəyəm yenə,Şəm’i-yüzin görüb ana pərvanəyəm yenə.
Nə təravətdür ki, həq vermiş güli-rüxsarinəNə təravətdür ki, həq vermiş güli-rüxsarinəKim, verür yüz abrü baği-cinan gülzarinə.
Köksümi qalxan qılıb mən oxlarun qarşusinəKöksümi qalxan qılıb mən oxlarun qarşusinə,Gər inanmırsan bir ox atgil mana qarşu sına.
Başqa şairlərin şeirləri
(“Turan düdüyü”)**Nargin əsirlərinin dilindən*
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
Gəraylı: Aşiqlik peşəsin qıldımAşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
UzaqSahiba, bir nəfərəm dövlətü izzətdən uzaq,Düşmüşəm şəhrdən avarə, vilayətdən uzaq.