Ta ki sən oldun əsiri vəzi-yarın, ey yazıq,Qarə oldu yar əlindən ruzigarın, ey yazıq!Yüz cəfa gördün, vəli heç bir şikayət etmədin,Görmədin yarın vəli namusü arın, ey yazıq.Nə ümid ilə genə molla sənə vermiş fərib,Kim fərəhnak olmusan, yoxdur qərarın, ey yazıq.

Güzgüdə görsən əgər quli-biyaban halını,Ta kəsilməz bir nəfəs də ahü zarın, ey yazıq!Aldı əqli huşunu alimnümalar sözləri.Getdi əldən yox yerə məcmui-varın, ey yazıq!Lotular vəzinə qoymazdım səni bənd olmağa,Məndə olsaydı əgər kim, ixtiyarın ey yazıq!Yol kəsəndən çəkməsən əl pəndimi guş etməsən,Saxla yadında olar nalə mədarın, ey yazıq!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dayan

Bir neçə vaxt bundan irəli İran məmurlarının biri Tiflisə təşrif gətirən vaxt iranlılar cəm olmuşdular məmurun görüşünə. Bu məclisdə İran qulluqçularından başqa ticarət əhlindən də çoxluca əşxas hazır idi.Nə olar ki, möhtərəm qonağın ziyarətinə gəlmək yaxşı şeydir.

1 dəq
Səkkiz yüz molla

“Səadət”, “Nəşri-maarif”, “İttihad”…Axırıncı iki ilin müddətində çıxan qəzetlərimizin sütunları bu sözlərlə doludur. Həmişə müsəlman qəzetlərinin köhnə nömrələrinə gözüm sataşanda elə ha görürəm ki, yazılıb: maşallah “Məktəbi Səadət”, mərhəba “Məktəbi-Nəşri-maarif”, zindəbad “Məktəbi-İttihad”…

2 dəq
Babilər

Təbrizdə bu saat qəhətlikdir və əhali çörək üzünə həsrətdir. Dəyirmanların sularını kəsiblər ki, dəyirmanlar yatsınlar. Şəhərin ətrafını atlılar bürüyüblər və hər yandan tərəddüd kəsilib. Məşrutə tərəfdarlarının övrət-uşaqlarının tələf olanı olub, olmayanı Ermənistana pənah aparıblar. Bağmeşə, Bilanku, Pürsənku, Xiyaban, Bazarçay, Maralyan məhəllələri təmamən dağılıb talan olublar.Burada bir mətləb var.

2 dəq
Müsəlman

Bakıda indi belə adət düşüb: məsələn, istəyirsən bir ev kirayə eləyəsən və görürsən ki, divara elan yapışdırıblar ki, “burada bu qədər otaq kirayə verilir”.Qapını döyürsən, ev sahibi çıxır qapıya. O da müsəlman, sən də müsəlman.

1 dəq

Başqa şairlərin şeirləri · Eşq