Səni eyşü şərabü padişalıq,Mənü xunabəyi-hicrü gədalıq.

Çü axir qılmaz oldun bəndəni şad,Nə fayidə səninlən aşinalıq.

Könül sübhi visalün yadi qılmazKi, qorqutmuş anı şami-cüdalıq.

Əcəl sənsiz diri qoydu məni, leykGətürdi başıma yüz rüsivalıq.

Sana hərfi-vəfa ögrətmək olmaz,Xuda verdi sana çün bivəfalıq.

Məqtə — şairin təxəllüsü olan son beyt. Qılur qul Kişvəri aşiqlik, əmmaNə aşiqlik ki, yüz tüman bəlalıq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq