Vəh ki, rüsvalıq bilə əfsanə boldum aqibət,Bisərü samanlara həmxanə boldum aqibət.

Munca lafi-əqlü danış kim, urardım ah kim,Bir pərirüxsar içün divanə boldum aqibət.

Danə-danə əşk saçdım gözlərimdən, şükr kim,Bir girami gövhəri-yekdanə boldum aqibət.

Mən ki, bir əhli-səlah irdim ləbin yadi bilə,Məstü bixud sakini-meyxanə boldum aqibət.

Məqtə — şairin təxəllüsü olan son beyt. Kişvərinün könlini tapdum xiyalın məskəni,Hasilin kim, gəncdür, viranə boldum aqibət.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri