Xəttini səbzə oxurlar, yüzini yasəmən derlər,Kətan könlək ki, geymişsən, anı bərgi-səmən derlər.

Demə kim, iqdi-şəbnəmdür çəməndə hər səhər düşmüşKi, yüzün infi’alindən çəmən ağdar səmən derlər.

Yüzün üzrə qara xallar pərişan zülfün altında,Sanasan aşiyan qılmış od üstündə səməndərlər.

Açubdur xəncərün köksümdə həzyan derlər istərmənKi, sınmış oxlarından tutubanə asəmən derlər.Nə evdə kim, sən olursan ana xəlqi-cahan der kim,Bu beytullahdur, anı mən urundin yasə mən derlər.

Ğəmindən Kişvərinin könli bir dəryayi-pürxundur,İki çeşmi-dürəfşanidür ol dəryayə bən derlər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar