Sureyi-vəş-şəmsdür rüxsari-zibası anun
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Sureyi-vəş-şəmsdür rüxsari-zibası anun,Leylətül-me’rac iki zülfi-mütərrası anun.
Kihli-mazağ-ül-bəsərdür gözlərinün qarəsi,Şərbəti-Kövsər ləbi-lə’li-şəkərxası anun.
Kilki-qüdrətdən yazılmış arizində xətti-səbz,Hüsninə mənşuri-mişkin xali-tüğrası anun.
Taki, yüzindən götürdi bürqə, ol mahi-ərəb,Dutdi sər-tasər cahan aşübü ğövğası anun.
Qıldı rövşən külbeyi-tarikimi bir şəm, kim,Olsa yüz pərvanə, yox bir zərrə pərvası anun.Özgə olmadin tifeyl etsə ana yeridürür,Həşr güni kim, qıla adəm tamaşası anun.
Kişvərini vəsldən məşrum qılmazdı yə’qin,Ərzinə yetsəydi bu əbyati-ğərrası anun.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-sureyi-ves-semsdur-ruxsari-zibasi-anun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Necə kim, xəlqi dirildür şivəvü rə’nalığın,Vəh kim, öldürdü məni məstivü bipərvalığın.
Ey məni aşüftə qılğan ənbərəfşan kakilünEy məni aşüftə qılğan ənbərəfşan kakilün,Ruzigarımnı qılıb mundaq pərişan kakilün.
Ey gözü qarətgəri-imanü bərsər kakilinEy gözü qarətgəri-imanü bərsər kakilin,Bağladı islamara zünnari-kafər kakilin.
Ruzin həmişə xürrəm, fərxəndə ruzigarınRuzin həmişə xürrəm, fərxəndə ruzigarın,Bolsun mübarək, ey gül, novruzü növbaharın.
Başqa şairlərin şeirləri · Eşq
Yeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
YarMən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,
İtirməMənim sənə sədaqətim təmizdi,sən də mənə etibarı itirmə.
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm