Ey gözü qarətgəri-imanü bərsər kakilin,Bağladı islamara zünnari-kafər kakilin.

Qamətün sərvü yüzün mahü saçın əbri-siyah,Ləblərin abi-həyatü ənbəri-tər kakilin.Dəftəri-hüsnü məlahətdir cəmalın səfhəsi,Qarə ipəkdən üzülmüş bəndi-dəftər kakilin.

Açdı badi-sübhdən çün kakilün pürhəlqəsi,Nükhətidən qıldı aləmni müəttər kakilin.

Titrədir can riştəsini guiya badi-əcəl,Çün səba təhrikidən hər yani titrər kakilin.

Kakilin eşqidən olmuş nafeyi-çin pusti-puş,Neçələrni nafə tək qıldı qələndər kakilin.

Kişvəri qurtulmaq istər dami-zülfündən, vəliNecə kim, cəhd eylər ol yoluni bağlar kakilin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq