Xızr bilmən nə demiş çeşmeyi-heyvanun içünKi xəcildir, çıxamaz xəlq ara anun içün.

Beytül-əhzanda məni-piri ğəmi-hicr bilə,Otğə göydürməkil, ey şəm’, yigit canun içün.

Tazə qalsun güli-ruyin deyib, ey iki gözüm,Çeşmələrdür kim, axar tazə gülistanun içün.

Biədəb püstə ki, ağzın bilə də’va qıladur,Hər yetən başina daş ilə dögər anun içün.

Məqtə — şairin təxəllüsü olan son beyt. Küfrü zülfi bilə çün Kişvəri ülfət dutdu,Zahida, qoy anı bu küfr ilə imanun içün.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri