Eylə kim, mən yanaram şəm’i-ruxi cananədən
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Eylə kim, mən yanaram şəm’i-ruxi cananədən,Kimsədən bilməz ol mə’ni məgər pərvanədən.
Görmədim ta anədən doğdum ğəmində ruzi-xaş,Mən kimi bədruz daxı doğmayıbdur anədən.
Qamətin sərvi-rəvandur, dedim isə küsməgil,Bu məsəldür cani-mən kim, “doğru söz divanədən”.
Çün bilürsən halım, ey həmsayeyi-beyt-ül-həzən,Rəhm edib sürmə məni bu guşeyi-viranədən.
Ta səni gördüm mən, ey canü cəhanim afəti,Yüz ğəmü dərdü bəla gəldi mana hər yanədən.
Məqtə — şairin təxəllüsü olan son beyt. Kişvəri yaralidə demə cüdalıq dərdini,Olmaya ğəmgin ola bu suznak əfsanədən.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-eyle-kim-men-yanaram-sem-i-ruxi-cananeden
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir zülfi həlqə-həlqəyə divanəyəm yenə,Şəm’i-yüzin görüb ana pərvanəyəm yenə.
Nə təravətdür ki, həq vermiş güli-rüxsarinəNə təravətdür ki, həq vermiş güli-rüxsarinəKim, verür yüz abrü baği-cinan gülzarinə.
Köksümi qalxan qılıb mən oxlarun qarşusinəKöksümi qalxan qılıb mən oxlarun qarşusinə,Gər inanmırsan bir ox atgil mana qarşu sına.
Ey donu qızıl, bənzi qızıl, müşki kəlaləEy donu qızıl, bənzi qızıl, müşki kəlalə,Sənsən çəməni-hüsnara bir dəstəyi-lalə.
Başqa şairlərin şeirləri
Ala gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
DüşmüşəmEy gözəlim, səni sevəndən bəri,Əcəb işdir, fəldən-fələ düşmüşəm,
Ey dil, barı meyxanə sarı bir güzər eyləEy dil, barı meyxanə sarı bir güzər eyləGör məstlərin haləti-vəcdin, nəzər eylə.