Necə kim, xəlqi dirildür şivəvü rə’nalığın
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Necə kim, xəlqi dirildür şivəvü rə’nalığın,Vəh kim, öldürdü məni məstivü bipərvalığın.
Zülməti-zülfün əgərçi afəti-candur, vəliAbi-heyvan şərbətidür lə’li-ruhəfzalığın.
Vəh nə məclisdür bu kim, hər canı təndə qoymadı,Ol qıya baxuşlarinü adabi-bəzmaralığın.
Çıxmaya eyvani-xavərdən daxı xurşid əgər,Çəksələr anda sənün bu surəti-zibalığın.Yüzidən bürqə’ götürdü ol pərivəş, ey könül,Vəh ki, yetdi tilbəlik çağı bilə rüsvalığın.
Sürmeyi-naz ilə görsən çeşmi-şəhlasın məgər,Bilsən ey nərgis ki, yarutmaz səni şəhlalığın.
Üştə can verdi ğəmindən xəstəxatir Kişvəri,Xanı ey ruhi-mücəssəm, ol dəmi-İsalığın?
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-nece-kim-xelqi-dirildur-sivevu-re-naligin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nola, ey Leyli, məni-Məcnuni xürrəm qılğasan,Bəzmi-vəslin içrə mən məhrumi məhrəm qılğasan.
Rəqibi istəməzmən kim, sənünlən həmnişin bolsunRəqibi istəməzmən kim, sənünlən həmnişin bolsun,Yüzün yaşurgil andın kim, çırağın andin bolsun.
Gəldi baharü könlüm açılmaz bəhardinGəldi baharü könlüm açılmaz bəhardinKim, ayru düşmişəm məni-dilxəstə yardin.
Kami-hasil bolmaz irmiş xidməti-namərd ilənKami-hasil bolmaz irmiş xidməti-namərd ilən,Üştə bağrım nafə tək qan bağladı bu dərd ilən.
Başqa şairlərin şeirləri
Qul Qaranı:*Bizi yoxdan var eyləyən ol sübhandan ver xəbər,
Qurbanın olum, getmə, Əli, bircə dayan, durQurbanın olum, getmə, Əli, bircə dayan, dur,Göz yaşıma bax, gör necə ardınca rəvandır.
BəriEy ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri
FərdDedim: kimdir pərişan eyləyən aşiqlər əhvalın?Səba göstərdi tari-sünbüli-zülfün ki: bu eylər