Nola, ey Leyli, məni-Məcnuni xürrəm qılğasan
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Nola, ey Leyli, məni-Məcnuni xürrəm qılğasan,Bəzmi-vəslin içrə mən məhrumi məhrəm qılğasan.
Şivəvü şəklü şəmayilnin görüb qıldım həvəs,Kim, məni sən aqibət rüsvayi-aləm qılğasan.
Qonmaz oldu könülə kim, zəxmidən, ey dil məgər,Gözlərüm xunabəsi birlə ana nəm qılğasan.
Çəkmə zəhmət, ey nəsihətgu ki, odu andan işKim, nəsihət birlə mən rüsvani adəm qılğasan.
Məqtə — şairin təxəllüsü olan son beyt. Səndən ayru Kişvəri bir dəm dirilməz, həq bilür,Gər anı Xızru Məsiha birlə həmdəm qılğasan.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-nola-ey-leyli-meni-mecnuni-xurrem-qilgasan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ol türki-pərivəş ki, gözü eyni-bəladur,Mehrabi-qaşı bilə gözü qiblənümadur.
Dustlar guya ki, düşmən sözini guş etdilərDustlar guya ki, düşmən sözini guş etdilərKim, bizi yekbarə xatirdən fəramuş etdilər.
Getdilər əhbabü mən miskini giryan qıldılarGetdilər əhbabü mən miskini giryan qıldılar,Atəşi-həsrət bilə bağrımı büryan qıldılar.
Dəmi-rühul qüds cana, ləbi-şəkkərfəşanındurDəmi-rühul qüds cana, ləbi-şəkkərfəşanındur,Hidayət şəm’i kim, derlər zəmiri-xordedanındur.