Rəqibi istəməzmən kim, sənünlən həmnişin bolsun,Yüzün yaşurgil andın kim, çırağın andin bolsun.

Məsihadən doğub fərzənd, Məryəm dayəsi anun,Əcəb gər sən təki naz ilə bolmuş nazənin bolsun.

Məni bir cam ilə saqi vücudimdən xilas etdi,Anın pirinə yüz rəhmət, cavanmərdi həmin bolsun.

Sənünlən ol gecə kim, ittifaqi-söhbətim düşsə,Əgər xabim gələ yarəb ki, xabi-vanəsin bolsun.

Səri-kuyindən özgə mürği-ruhum aşiyan qılmaz,Gərək baği-cinan tutgil, gərək xüldi-bərin bolsun.

Mana hər nə gəlür səndən həyati-cavidanidür,Gərək təlxabeyi-həsrət, gərək mai-məin bolsun.

Məqtə — şairin təxəllüsü olan son beyt. Cigərxun Kişvərinindür muradi xatəmi-lə’lin,Ana mülki-Süleyman vari gərək ziri-nigin bolsun.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana