Yandırdı şövqün canımı, ey dərdə dərman, qandasan
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Yandırdı şövqün canımı, ey dərdə dərman, qandasan?Canımda can sənsən, vəli, istər səni can, qandasan?
Vəslin şərabından məni saldı xumarın rəncinə,Yandı hərarətdən içim, ey abi-heyvan, qandasan?
Ey lütfi-hüsnün kişvəri, yandım, irişdir vəslinə,Çün səndən artıq kimsədə yoxdur bu ehsan, qandasan?
Qapdı əlimdən zülfünü cövrü cəfası çox fələk,Aşüftəyəm, Məcnun kimi zarü pərişan, qandasan?
Rə’na boyun şövqündən uş həsrətdə yanar gözlərim,Qan ağlaşırlar sənsizin sərvi-xuraman, qandasan?
Ey qönçə ağızlı, məni yandırdı hicrin tikəni,Gəlgil ki, sənsiz qönçətək doldu içim qan, qandasan?
Eynimdə sənsən rövşəni, könlüm dilər görmək səni,Ey hurieyn Rizvan ilə hüsnündə heyran, qandasan?
Cövri-cəfası çox fələk tufan gətirdi başıma,Andan məni qurtarmağa, ey Fəzli-rəhman, qandasan?
Məqtə — şairin təxəllüsü olan son beyt. Mişkin saçın zəncirinə verdi Nəsimi könlünü,Ayrux nə hacətdir ana zəncirü zindan, qandasan?
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-yandirdi-sovqun-canimi-ey-derde-derman-qandasan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
به زر و سیم خَرَد عشقِ بتان مردِ لئیم
ز عشقت دل مسلم برنگرددز کویت باد بی غم برنگردد
Necə kim ol sənəmin qəmzəyi-xunxarəsi varNecə kim ol sənəmin qəmzəyi-xunxarəsi var,Dili-zarımda mənim qanlı ciyərparəsi var.
Çata-çatVaxt yetişdi köç eylədin dünyadan,Sevən ürək səni anar çata-çat.