Yandırdı eşqin bağrımı, səndən mana dərman gərək
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Yandırdı eşqin bağrımı, səndən mana dərman gərək,Gərçi yolunda aşiqin canü dili suzan gərək.
Düşdüm yenə eşq oduna, büryan yürək, giryan gözüm,Hər kim ki, düşdü eşqinə, büryanü həm giryan gərək.
Sun saqiya, kasən rəhiq, çal mütriba, eşq əzgüsünKim, məst olan bu badədən qəltanü həm heyran gərək.
Qalu bəladə can sana qılmışdı iqrar, ey sənəm,Imdi aramızda bizim şol əhdü şol peyman gərək.
Şövqən tərani sirrini mən söyləyəydim, neyləyim,Məhrəm bu Turin sirinə Musa ibn Imran gərək.
Hər kim vücudu şəhrini gəzdivü gördü şəhnəsiz,Yarğu anındır, ey sənəm, ol sahibi-divan gərək.
Könlüm quşu əsfəldədir, vəqt oldu pərvaz eyləyə,Simurği-qafə qürb olan ərş üstünə cövlan gərək.
Mən qul olanın quluyam, altun olanın puluyam,Hər kim bu yolda quldürür aləmdə ol sultan gərək.
Məqtə — şairin təxəllüsü olan son beyt. Görsət üzünü bir kərə, ta kim, Nəsimi can verə,Çün eydi-əkbərdir üzü, yüz can ona qurban gərək.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-yandirdi-esqin-bagrimi-senden-mana-derman-gerek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hüsnünə sübhanəhü kim ki, şəhid olmadı,Talevü bəxti anın bil ki, səid olmadı.
Kəbə üzündür, ey sənəm, üzünədir sücudumuzKəbə üzündür, ey sənəm, üzünədir sücudumuz,Ta ki, görə bu səcdəyi narə yana həsudumuz.
Kim aydır kim, üzün gülnara bənzərKim aydır kim, üzün gülnara bənzər?Ki, üzün nurəvü gül nara bənzər.
Könlümün şəhrini çün kim, eylədi yəğmayi eşqKönlümün şəhrini çün kim, eylədi yəğmayi-eşq,Saldı aləm mülkünə şuri-şərü qovğayi-eşq.
Başqa şairlərin şeirləri · Eşq
Yenə, ey gözləri məftun, sənə məftunəm mən,Zarü məhzunü digərgunü ciyərxünəm mən.
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
Sənin kimi, gözəlim, gülüzarımız vardırSənin kimi, gözəlim, gülüzarımız vardır,Xəzanə dönməyəcək novbaharımız vardır.
Bu sevdaya düşən günü ölmüşəmSevib sevdasına yandığım gözəl,Bu sevdaya düşən günü ölmüşəm.