Sənin kimi, gözəlim, gülüzarımız vardır
Sənin kimi, gözəlim, gülüzarımız vardır,Xəzanə dönməyəcək novbaharımız vardır.
Təranəmiz bürüyüb hər diyarı bülbül tək,Ətirli günlərimiz, laləzarımız vardır.
Bizim kimi hələ də bəxtiyar olan yoxdur,Gözəl zəmanə, gözəl ruzigarımız vardır.
Behişt çiçəklərinin həsrətin çəkən deyilik,Bizim də cənnətə bənzər diyarımız vardır.
Bu sevgi aləmidir, qorxma kimsədən, gözəlim,Sevib, sevilməyə öz ixtiyarımız vardır.
Təbiət indi bizim qarşımızda acizdir,Gözəllik aşiqiyik, iqtidarımız vardır.
Bu fəxrdir bizə, Vahid, həmişə aləmdə –Yanında xalqımızın etibarımız vardır.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-senin-kimi-gozelim-guluzarimiz-vardir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sordumsa hər kəsdən, dedilər, bivəfa səni,Neylim, həqiqi bilmiş idim aşina səni.
Əcəb gözəl yetirib gərdişi-zəmanə səniƏcəb gözəl yetirib gərdişi-zəmanə səni,Zəmanəmizdə sanır xəlqimiz yeganə səni.
Vəfalısan, gözəlim, çəkdim imtahanə səniVəfalısan, gözəlim, çəkdim imtahanə səni,Vəfadə tək yetirib gərdişi-zəmanə səni.
Yaradıb tanrı, əzizim, nə gözəl yar səni!Yaradıb tanrı, əzizim, nə gözəl yar səni!Gözlə, bu hüsn ilə aldatmasın əğyar səni!
Başqa şairlərin şeirləri · Eşq
Gözlərində yüz cəhənnəm odu var,Dodağında yüz cənnətin dadı var,
Navəki-cövrün sinəmə könlüm ona peyvənd eylənüzNavəki-cövrün sinəmə könlüm ona peyvənd eylənüz,Bu səmərdin nəxli-ömrümni bərumənd bar eylənüz.
Gəraylı: Bir qiya baxışlı yardanBir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
SənəmNə müddətdi həsrətini çəkirəm,Bircə üzün görüm ay ağa Sənəm!