Yaradıb tanrı, əzizim, nə gözəl yar səni!Gözlə, bu hüsn ilə aldatmasın əğyar səni!

Dişlərin inci, ləbin ləl, üzün gül kimi tər,Xəlq edib, məncə, təbiət düri-şəhvar səni.

Eşq bimarı sağalmaz, bunu dərd əhli bilər,Sağalar görsə bu tərkib ilə bimar səni.

Yandırıb Kəbəvü bütxanəni, zünnarı atar,Görsə Sənan kimi min aşiqi-dindar səni.

Sən ki, hal əhli idin, aşiqi incitməzdin,İndi can almağa kim eylədi vadar səni?

Aşiqin könlünə rəhm et, bu qədər incitmə,Görməmişdim, gözəlim, bunca sitəmkar səni.

Məst idin sən bu qara gözlülərin eşqilə,İndi, Vahid, sevinir, kim görür huşyar səni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq