Töküb rüxsari-alına nigarım zülfi-mişkinbu,Sanarsan, xətteyi-Rumi tutubdur ləşkəri-hindu.

Nə canan, afəti-dövran, üzü qarətgəri-iman!Kəman əbruyi-mişkinmu nikuru eyləyib çadxu.

Həzər qıl, ey dəli könlüm, səri-zülfünə bənd olma,Salar kim, seydvəş damə səni ol həlqeyi-keysu.

Vuranda zülfünə şanə o yari-afəti-dövran,Olur üşşaqlər giryan ki, bəlkə, şanə salsın mu.

Qəmindən müttəsil xəmdir, nigara, Vahidin qəddi,Zəkati-hüsnünü lütf et, ona sən, ey kəmanəbru.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq