O can alan nə bilir, aşiqin pənahı nədir?
O can alan nə bilir, aşiqin pənahı nədir?Ona bu hüsnü verən qüdrəti-ilahı nədir?
Səfasın özgə görür, mən bəlalərin çəkirəm,Mənim bu qanə dönən könlümün günahı nədir?
Dağıtdı zülfün üzə dilbərim, keçəndə dedim:– Bunun yanında behiştin gülü giyahı nədir?
Bu qara gözlülərin olmayınca Məcnunu,Cahanda kim biləcək, eşq barigahı nədir?!
Gecə-gündüz edirəm ahü nalə kuyində,Soruşmayır, bu qədər bir fəqirin ahı nədir?
Gülüzlü, nazlı gözəllərmiş, indi mən bilirəm,Məhəbbət əhlinin aləmdə qibləgahı nədir?
Tarında, Vahid, əgər Qurbanın məlahəti var,Dayan bir indi görək, Zülfünün “Segah”ı nədir!
Kitabxana.az · https://kitabxana.az/works/vahid-o-can-alan-ne-bilir-asiqin-penahi-nedir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çəkmək istər mən kimi hər kimsə canan fikrini,Öz canından əl götürsün, etməsin can fikrini!
Gəldi qəmdən gözəlim qurtara divanəsiniGəldi qəmdən gözəlim qurtara divanəsini,Gördü öz şəminə yandırdığı pərvanəsini.
Ləbindən aşiqə olsaydı istifadə yeriLəbindən aşiqə olsaydı istifadə yeri,Qədəhdə qanə dönüb qalmaz idi badə yeri.
Sanma cahanda əhli-vəfa məhliqaləriSanma cahanda əhli-vəfa məhliqaləri,Bietibar olurmuş hamı, yox vəfaləri!
Başqa şairlərin şeirləri · Eşq
Bəh, bəh bu dilbərin nə əcəb xoş məqalı var!Gülgün cəmalı üzrə gözəl xəttü-xalı var!
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
Yarım mənə vədə verdiYarım mənə vədə verdi,Dedi, gəl gəz buralarda.
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,